Qeydiyyatsız giriş
“İnternet Şöbə” nədir?

Bank Respublika müştərilərə çox sadə, rahat və operativ qaydada bank xidmətləri ilə dünyanın istənilən ölkəsindən idarəetmə imkanı yaradan bir xidmətdir.

“İnternet Şöbə”-də hansı xidmətlərdən faydalanmaq olar?

Bu servis vasitəsilə əksər maliyyə əməliyyatlarını bilavasitə banka gəlmədən gün ərzində “24 saat” rejimində tamamilə təhlükəsiz qaydada həyata keçirmək mümkündür.

“İnternet Şöbə” xidmətindən yararlanaraq müştərilər plastik kartlarının balansını artırmaq,plastik kart sifarişi və kartın balansı haqqında məlumat əldə etmək, kreditin onlayn sifarişini etmək və kredit borclarının ödənilməsi ilə yanaşı kredit qrafikini izləmək, kommunal xidmətlərin ödənişini aparmaq mümkündür.Həmçinin Depozit və Cari hesablar üzrə məlumatların və rekviztlərin alınması kimi xidmətlərdən asan faydalanmaq imkanları mövcuddur.

“İnternet Şöbə”-ni necə aktivləşdirmək olar?

Xidmətə qoşulmaq üçün müştəri bankın istənilən ofisinə yaxınlaşıb, xidmətin istifadəsinə dair ərizəni doldurub müraciət edə bilər.

“İnternet Şöbə”-ni necə istifadə etmək olar?

Bu xidmətdən istifadə etmək üçün bir neçə imkanlar yaradılmışdır.

1) Şəxsiyyət vəsiqəsinin nömrəsi ilə

Şəxsiyyət vəsiqəsinin nömrəsini müvafiq xanada qeyd etdikdən sonra mobil telefona SMS-lə xüsusi şifrə göndərilir ki, onu daxil etdikdə “Internet Şöbə”-dən istifadə etmək mümkündür.

2) Login və şifrə ilə

Bankın ofislərinə müraciət etməklə, login və şifrəni almaq mümkündür. Bu login və şifrəni müvafiq xanalara daxil etməklə, xidmətdən istifadə etmək mümkündür. Şifrani dəyişmək üşün "Şifrəni dəyiş" moduluna daxil olmaq olar.

3) Asan İmza ilə

ASAN İmza ilə daxil olmaq üçün müvafiq xanalara Telefon nömrəsini və Asan İmza istifadəçi İD-sini daxil etmək yetərlidir.